4 may 2026. Bazar ertəsi

Balotelli İngiltərədə oynamaqdan imtina etdi


  • Transfer
  • 15:53 18.11.2020
  • Oxunma sayı: 299
Balotelli İngiltərədə oynamaqdan imtina etdi
İtaliyalı hücumçu Mario Balotelli İngiltərədə futbol oynamaq istəməyib.
 
Corner.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Məlumatda, 30 yaşlı futbolçun “Barnsli” klubundan təklif aldığı bildirilib.
 
Balotelli, Çempionşipdə oynamaq istəmədiyi üçün “Barnsli”nin təklifini rədd edib. Tərəflər arasında ilkin danışıqlar yaxşı getsə də, daha sonra Balotelli fikrindən daşınıb.
 
Hazırda klubsuz olan Mario Balotelli İtaliyanın D Seriyası təmsilçisi “Françakorta”da məşq edir.






Transfer