İtaliya millisinin sabiq üzvü və Quançjou Everqrand'in baş məşqçisi Fabio Kannavaronun oğlu Andrea Kannavaro “Latsio” ilə müqavilə imzalayıb.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
16 yaşlı futbolçu Seriya A təmsilçisinin 17 yaşadək gənclər komandasında çıxış edəcək. O, əvvəllər atasının rəhbərlik etdiyi "Quançjou Everqrand"da çıxış edib.
Qeyd edək ki, Andrea ötən ay 16 yaşını qeyd edib və təhsilini davam etdirmək üçün İtaliyaya dönüb.