12 avqust 2026. Çərşənbə

Barselona Pikeyə əvəzləyici tapdı


  • Transfer
  • 20:12 24.11.2020
  • Oxunma sayı: 252
Barselona Pikeyə əvəzləyici tapdı

"Barselona" zədəli futbolçusu Jerar Pikenin əvəzinə heyətinə yeni müdafiəçi cəlb etməyi planlaşdırır.

Corner.az "AS" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Ezekiel Qarayla maraqlanır.

Son klubu "Valensiya" olan 34 yaşlı futbolçu hazırda azad agent statusuna malikdir.

Qeyd edək ki, Jerar Pikenin zədə səbəbindən uzun müddət "Barselona"ya kömək edə bilməyəcəyi məlum olub.







Transfer