10 aprel 2026. Cümə

Mahir Emreli Beşiktaş'a təklif olundu


  • Transfer
  • 12:17 27.11.2020
  • Oxunma sayı: 283
Mahir Emreli Beşiktaş'a təklif olundu

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli "Beşiktaş"a təklif edilib.

Corner.az  "Yeni Asır"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Sergen Yalçın 23 yaşlı hücumçunun oyununu bəyənib.

Lakin hələ iki klub arasında danışıqların başlamadığı bildirilib. Yalçının Emrelini alternativləri arasına əlavə etdiyi də vurğulanıb.

Qeyd edək ki, Mahir Emreli Azərbaycan Premyer Liqasında 10 turdan sonra 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.(report)







Transfer