10 aprel 2026. Cümə

Mançester Yunayted'in sabiq futbolçusu Meksika klubunda


  • Transfer
  • 16:11 28.11.2020
  • Oxunma sayı: 209
Mançester Yunayted'in sabiq futbolçusu Meksika klubunda

"Mançester Yunayted"in sabiq müdafiəçisi Antonio Valensiya karyerasını Meksikada davam etdirəcək.

Corner.az xəbər verir ki, "Keretaro" klubu 35 yaşlı futbolçu ilə müqavilə imzalayıb. Bu barədə klubun saytı məlumat yayıb .

Qeyd edək ki, Valensiya, 2019-cu ilin yayında "Mançester "Yunayted"lə 10 mövsüm keçdikdən sonra Ekvadorun "LDU Quito" klubuna transfer olunub. O, 2020-ci ilin iyul ayında azad agent olub.







Transfer