10 aprel 2026. Cümə

Xəzər Lənkəran'ın sabiq baş məşqçisi Hacinin klubunda


  • Transfer
  • 09:32 02.12.2020
  • Oxunma sayı: 254
Xəzər Lənkəran'ın sabiq baş məşqçisi Hacinin klubunda

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednikin yeni iş yeri bəlli olub.

Corner.az xəbər verir ki, rumıniyalı mütəxəssisin ölkəsinin "Vitorul" komandasına məşqçi təyin olunub. Məlumatı klubun rəsmi saytı yayıb.

58 yaşlı mütəxəssis Konstanta təmsilçisində baş məşqçi Georgi Hacinin köməkçisi vəzifəsində çalışacaq. Onunla 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2010/2011 mövsümündə "Xəzər Lənkəran"a başçılıq etmiş Mirça Rednik Cənub təmsilçisi ilə Azərbaycan kubokunun qalibi olub.







Transfer