10 aprel 2026. Cümə

Balotellinin yeni klubu


  • Transfer
  • 00:46 08.12.2020
  • Oxunma sayı: 264
Balotellinin yeni klubu

İtaliyalı futbolçu Mario Balotellinin yeni klubu bəlli olub.

Corner.az xəbər verir ki, Balotelli bundan sonra karyerasını İtaliyanın B Seriya təmsilçisi "Monza"da davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Məlumatda bildirilir ki, 30 yaşlı hücumçu ilə 30 iyun 2021-ci ilə qədər müqavilə imzalanıb. Balotelli yeni klubunda 45 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, təcrübəli futbolçunun son klubu Breşiya olub.







Transfer