8 dekabr 2025. Bazar ertəsi

Ronaldo Mançester Yunaytedə qayıdır - Chevrolet'in sponsorluğu ilə


  • Transfer
  • 12:25 08.12.2020
  • Oxunma sayı: 344
Ronaldo Mançester Yunaytedə qayıdır - Chevrolet'in sponsorluğu ilə

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Mançester Yunayted"ə qayıda bilər.

Corner.az "Auto Esporte"yə istinadən xəbər verir ki, "qırmızı-şeytanlar"ın sponsoru "Chevrolet" avtomobil şirkəti portuqaliyalı hücumçunun transferi üçün pul ödəməyə hazırdır.

Amerika avtomobil şirkəti, Ronaldonun Turin təmsilçisinin sponsoru və Chevrolet-in rəqibi olan Jeep-ə müsbət təsirini düşünür. 35 yaşlı futbolçunun "Yuventus"a transfer olunmasından bir həftə sonra klubun səhmləri də Milan Birjasında 30 faiz artıb.

Bildirilib ki, Chevrolet 35 yaşlı Ronaldonun "Mançester Yunayted"ə mümkün qayıdışını yaxşı bir  addım hesab edir və buna görə bu transferə sponsorluq etməyə hazırdır.

Xatırladaq ki, Kriştiano 2003-2009-cu illərdə "Mançester Yunayted"də oynayıb və üçqat İngiltərə çempionu və Çempionlar Liqasının qalibi olub.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır