- Transfer
- 22:06 30.10.2024
"Tottenhem"in futbolçusu Harri Keyn hazırda karyerası ərzində ən yaxşı formada olduğunu düşünür.
Corner.az "İndependent"ə istinadən xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu açıqlama verib: “Yəqin ki, indi karyeram ərzində ən yaxşı formadayam. Bu, mütləq mənim üçün mövsümə ən yaxşı başlanğıcdır.
Ancaq hələ çox yol var. Artıq bir müddət zirvədə olduğumuz vaxtlar olub, amma yekunda birinci pillədə qalmaq üçün uzun və çətin bir yarışı qazanmaq lazımdır.
Son bir neçə ildə bunu edə bilmədik. Ancaq hər oyunu olduğu kimi qəbul edirik. Bir neçə həftə əvvəl "Arsenal" və ya "Mançester Siti" ilə matçlardakı kimi nəticələr bizə kömək edəcək. Davam etmək lazımdır. Qarşıda "Kristal Pelas" və "Liverpul"a qarşı çətin oyunlarımız var, yenidən qazanmağa çalışmalıyıq. Rəqibimizin kim olmasından asılıq olmayaraq, hər oyunda təzyiq var. Premyer Liqada bütün qarşılaşmalar çətindir".
Qeyd edək ki, "Tottenhem" hazırda İngiltərə Premyer Liqasında hazırda liderdir. Keyn isə bu mövsüm 11 matçda 8 qol vurub, 11 qolun ötürməsini verib.