8 dekabr 2025. Bazar ertəsi

Kavani Yuventus və İnter'in təkliflərini rədd edib


  • Transfer
  • 14:19 11.12.2020
  • Oxunma sayı: 284
Kavani Yuventus və İnter'in təkliflərini rədd edib
“Mançester Yunayted”in futbolçusu Edinson Kavani mövsümün əvvəlində “Yuventus” və “İnter”dən təklif alıb.
 
Corner.az xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu İngiltərə mətbuatına açıqlamasında deyib. Uruqvaylı futbolçu “Napoli” klubuna olan hörmətinə görə hər iki təklifi rədd etdiyini bildirib:
 
“Mənə tez-tez zəng vuran və təkliflər göndərən “Yuventus” və “İnter”ə sadəcə “yox, təşəkkür edirəm” cavabını vermişəm. “Napoli”li azarkeşlərə belə bir şey edə bilməzdim. “Napoli” ağlıma gələndə özümü xoşbəxt hiss edirəm”.
 
Yayda PSJ ilə müqaviləsini yeniləməyən Kavani, azad agent kimi “Mançester Yunayted”ə keçib.
 
Qeyd edək ki, Edinson Kavani 2010-2013-cü illər aralığında “Napoli”nin formasını geyinib.






Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır