- Transfer
- 23:52 07.12.2025
“Real”ın futbolçusu İskonun klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
Corner.az “El Chiringuito TV”yə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisindən ayrılmaq istəyir. Lakin ispaniyalı futbolçuya transfer təklifi gəlməyib. “Kral klubu” isə İsko'nu 60-70 milyon avroya satmağa hazırdır.
Həmçinin İskonun Kristian Eriksenə qarşılıq “İnter”ə keçə biləcəyi də vurğulanıb.
Xatırladaq ki, 2013-cü ildən “Real”da çıxış edən İskonun klubla hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayına qədərdir.