- Transfer
- 23:52 07.12.2025
"İnter” qış transfer pəncərəsində 3 futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.
Corner.az "La Gazetta dello Sport”a istinadən xəbər verir ki, Milan təmsilçisi Matias Vesino, Kristian Eriksen və Raca Naynqqolanı satmağı planlaşdırır. Klubun Çempionlar Liqası ilə vidalaşdığı üçün belə bir addım atdığı vurğulanıb.
Qeyd edək ki, Eriksenlə “Arsenal” və PSJ yaxından maraqlanır. Naynqqolanın isə sabiq klubu “Kalyari”yə qayıdacağı ehtimal olunur