8 dekabr 2025. Bazar ertəsi

PSJ Neymar'ın satış qiymətini açıqladı


  • Transfer
  • 12:56 12.12.2020
  • Oxunma sayı: 293
PSJ Neymar'ın satış qiymətini açıqladı

PSJ futbolçusu Neymarın satış qiymətini açıqlayıb.

Corner.az “Sport.es”ə istinadən xəbər verir ki, klub prezidenti Nasser Əl-Xəlafi bu barədə qərar verib. Paris təmsilçisi Neymarı 100 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Bundan əlavə, rəhbərlik Neymarla müqavilənin müddətinin uzadılması üçün danışıqlar aparsa da, irəliləyiş əldə etməyib. Braziliyalı oyunçunun hazırkı sözləşməsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ilin yayında "Barselona"dan 222 milyon avro qarşılığında keçib.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır