- Transfer
- 23:59 06.04.2026
Fənərbaxça heyətini daha bir futbolçu ilə gücləndirib
Corner.az xəbər verir ki, İstanbul təmsilçisi Empoli'dən Miha Zajc'ı heyətinə qatıb. Türkiyəyə gələn sloveniyalı yarımmüdafiəçi tibbi müayinədən sonra 4 illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, Fənərbaxça bu keçid üçün İtaliya təmsilçinə 3 milyon avro və komandada icarə əsasında çıxış edən Salih Uçanı verib.