- Transfer
- 23:52 07.12.2025
"Mançester Yunayted”in futbolçusu Pol Poqba meneceri Mino Raiolaya ona yeni klub tapması üçün təzyiq göstərir.
Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Raiola 27 yaşlı yarımmüdafiəçiyə klub tapa bilməsə, Poqba onunla əməkdaşlığını dayandıracaq.
Bundan əvvəl menecer fransalı oyunçunun sabiq komandası “Yuventus”a qayıda biləcəyini bildirmişdi.
Qeyd edək ki, Poqba 2016-cı ildən “Mançester Yunayted”də çıxış edir