- Transfer
- 23:52 07.12.2025
İtaliya B seriyası təmsilçisi "Monza"nın hücumçusu Kevin-Prins Boatenq sabiq komanda yoldaşı olan "Barselona"nın kapitanı Lionel Messiyə "Napoli"yə keçməsini tövsiyə edib.
Corner.az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə ESPN-ə açıqlamasında bildirib. O deyib ki, argentinalı hücumçu dünyasını dəyişən dünya futbolunun əfsanəvi oyunçusu Dieqo Maradonanı xatirəsini yaşatmaq üçün bu addımı atmalıdır:
"Düşünürəm ki, Messi müqaviləsi bitdikdə "Napoli" prezidentinə 'Gəlirəm' deməlidir. Pulu deyil, qəlbinin səsini dinləyərək Maradonanın 10 nömrəli formasını qürurlandırmalıdır. Messi bu şəkildə karyerasına əfsanəvi bir nöqtə qoya bilər. O, A seriyasında da çempionluqlar yaşaya bilər".(qol)