4 may 2026. Bazar ertəsi

Messi PSJ-yə keçəcək? - Atası açıqladı


  • Transfer
  • 17:56 15.12.2020
  • Oxunma sayı: 265
Messi PSJ-yə keçəcək? - Atası açıqladı

"Barselona"nın futbolçusu Lionel Messinin atası Xorxe Messi oğlunun PSJ-yə keçəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Qətərdə Paris təmsilçisinin nümayəndələri ilə görüşdüyü haqda iddiaları təkzib edib: "Doğru deyil. Növbəti uydurmadır. Sentyabr ayından Argentinadayam".

Qeyd edək ki, Messinin Kataloniya klubu ilə müqaviləsi gələn ilin yayı başa çatır.(qol)







Transfer