3 iyul 2026. Cümə

Bavariya qış fasiləsində transfer etməyəcək


  • Transfer
  • 00:26 16.12.2020
  • Oxunma sayı: 254
Bavariya qış fasiləsində transfer etməyəcək

 "Bavariya" klubu qış transfer pəncərəsində yeni oyunçular almayacaq.

Corner.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi daha çox akademiyanın yetirmələrinə diqqət ayırmağı planlaşdırır.

Bundesliqanın son çempionu ötən yay heyətinə 7 yeni futbolçu qatmışdı. Cari mövsümün sonunda Jerom Boatenq və David Alabanın komandanı tərk edə biləcəyi gözlənilir.

Qeyd edək ki, Almaniya çempionatında 11 turdan sonra 24 xal toplayan "Bavariya" 2-ci pillədə qərarlaşıb.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır