8 may 2026. Cümə

Mbappeni transfer etməyimiz mümkünsüzdür - Rummeniqqe


  • Transfer
  • 18:01 17.12.2020
  • Oxunma sayı: 325
Mbappeni transfer etməyimiz mümkünsüzdür - Rummeniqqe

“Bavariya”nın prezidenti Karl-Haynz Rummeniqqe PSJ-nin futbolçusu Kilian Mbappe haqqında danışıb.

Corner.az “Le Figaro”ya istinadən xəbər verir ki, 65 yaşlı rəhbər 21 yaşlı hücumçunu transfer etmək istəsələr də, bunun mümkün olmayacağını deyib:

“Mbappe və onun oyun tərzini çox bəyənirəm. Amma onu “Bavariya”ya transfer etməyimiz maddi baxımdan mümkünsüzdür. PSJ-nin prezidenti çox yaxın dostumdur. Amma onun başını Mbapenin transferi üçün ağrıtmayacağımdan əmin ola bilərsiniz”.







Transfer