10 aprel 2026. Cümə

Mançester Yunayted onunla müqaviləni uzadır


  • Transfer
  • 17:02 19.12.2020
  • Oxunma sayı: 218
Mançester Yunayted onunla müqaviləni uzadır

"Mançester Yunayted” futbolçusu Markus Reşfordla müqaviləsini yeniləməyə hazırlaşır.

Corner.az “Daily Star”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 23 yaşlı hücumçu ilə sözləşməni 5 il uzadacaq. Yeni müqaviləyə görə, ingiltərəli oyunçu həftəlik 300 min funt-sterlinq qazanacaq.

Qeyd edək ki, Reşford bu mövsüm 20 matça çıxaraq, 12 qol vurub və 5 qolun ötürməsini verib.







Transfer