“İnter” klubu futbolçusu Kristan Erikseni qış fasiləsində satmağı planlaşdırır
Corner.az xəbər verir ki, bu barədə klubun icraçı direktoru Cüzeppe Marotta İtaliya mətbuatına açıqlamasında deyib:
“Bəli, Erikseni transferə çıxarmışıq. Yanvarda komandanı tərk edə bilər. O, heyətə düşməyə çətinlik çəkir və bizim planlarımızda yer almır. Düşünürəm ki, Eriksenin “İnter”dən ayrılması düzgün qərardır”.
Eriksen, 2020-ci ilin yanvarında “Tottenhem”dən “İnter”ə keçib. Danimarkalı yarımmüdafiəçi bu mövsüm A Seriyasında 8 oyuna çıxıb.