“Ayntraxt” (Frankfurt) klubunun futbolçusu Bas Dost komandadan ayrılıb.
Corner.az xəbər verir ki, 31 yaşlı futbolçu Belçikanın “Brügge” klubuna transfer olunub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 1,5 illik müqavilə imzalanıb.
Niderlandlı futbolçu, ölkəsində “Emmen”, “Herakles”, “Herenven”, Almaniyada “Volfsburq”, Portuqaliyada “Sportinq” klublarında da forma geyinib. O, 2019-cu ilin avqustundan “Ayntraxt”ın uğurları üçün çalışırdı. Frankfurt təmsilçisində 43 oyuna 15 qolla yadda qalan futbolçu Niderland yığmasında da 18 oyun keçirib