- Transfer
- 23:52 07.12.2025
“Barselona” futbolçusu Filippe Koutinyonu satmaq qərarına gəlib.
Corner.az “El Confidencial”a istinadən xəbər verir ki, Kataloniya klubu maddi problemlərlə üzləşdiyi üçün qış transfer pəncərəsində 28 yaşlı yarımmüdafiəçini satmağı planlaşdırır.
Prezident vəzifələrini icra edən Karlos Tuskets texniki katib Ramon Planesə bununla bağlı əlaqə saxlayıb. Rəhbərlik Koutinyonu yanvarın 24-də keçiriləcək prezident seçkilərinə qədər satmaq niyyətindədir. Lakin braziliylı oyunçu üçün hələlik heç bir təklif yoxdur.
Qeyd edək ki, 2018-ci ildə “Liverpul”dan 120+40 milyon avroya transfer olunan Koutinyo cari mövsüm La Liqada 11 oyunda 2 qol vurub.(qol)