1 oktyabr 2026. Cümə axşamı

Neftçi italiyalı hücumçu alır


  • Transfer
  • 10:29 02.02.2019
  • Oxunma sayı: 774
Neftçi italiyalı hücumçu alır

"Neftçi" klubu heyətinə daha bir futbolçu qatmağa çox yaxındır. 

Corner.az xəbər verir ki, paytaxt təmsilçisi italiyalı hücumçu Canluka Sansoneni heyətinə qatacaq. 

32 yaşlı oyunçu tibbi müayinədən keçəndən sonra flaqmanla müqavilə imzalayacaq. Onun sözləşməsi 2020-ci ilə qədər nəzərdə tutulacaq. 

Qeyd edək ki, Canluka Sansone karyerası ərzində İtaliyanın "Sampdoriya", "Torino", "Sassuolo" və "Bolonya" kimi klublarında çıxış edib. "Neftçi"nin baş məşqçisi Roberto Bordin də italiyalıdır. 


"Report"







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir