- Transfer
- 23:52 07.12.2025
"Çelsi"nin müdafiəçisi Markos Alonso karyerasını İspaniyada davam etdirə bilər.
Corner.az "The Independent"ə istinadən xəbər verir ki, "Atletiko" 30 yaşlı futbolçu ilə yaxından maraqlanır. Madrid təmsilçisinin ispaniyalı oyunçunu icarəyə götürməklə bağlı London klubu ilə danışıqlar apardığı bildirilib.
Qeyd edək ki, M.Alonso bu mövsüm Premyer Liqada 3 matçda oynayıb. "Çelsi"nin qışda futbolçu ilə yolları ayıracağı gözlənilir.