11 avqust 2026. Çərşənbə axşamı

Atletiko Kosta ilə yollarını ayırdı


  • Transfer
  • 16:55 29.12.2020
  • Oxunma sayı: 280
Atletiko Kosta ilə yollarını ayırdı

"Atletiko" futbolçusu Dieqo Kosta ilə yolları ayırıb.

Corner.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun istəyi ilə Madrid təmsilçisi onunla müqaviləyə vaxtından əvvəl xitam verib. Razılığa əsasən, Kosta "Atletiko"nun La Liqa və ya Çempionlar Liqasındakı rəqibləri ilə razılığa gəlsə, kluba 15 milyon avro ödəyəcək.

Qeyd edək ki, ispaniyalı futbolçu 2017/2018 mövsümündən əvvəl "Çelsi"dən "Atletiko"ya qayıtmışdı. O, bu mövsüm La Liqada 7 matçda 2 qol vurmuşdu. 







Transfer