8 dekabr 2025. Bazar ertəsi

Emin Mahmudov Apollon'a keçməkdən imtina edib


  • Transfer
  • 18:41 29.12.2020
  • Oxunma sayı: 209
Emin Mahmudov Apollon'a keçməkdən imtina edib

"Neftçi”nin kapitanı Emin Mahmudovun Kiprin "Apollon" klubuna keçmək imkanı olub.
 
Corner.az xəbər verir ki, bu barədə futbol agenti Aleksandr Manyakov özünün teleqram kanalında yazıb.
 
Onun sözlərinə görə, "Apollon" 28 yaşlı yarımmüdafiəçiyə təklif göndərsə də, o, son anda "Neftçi"də qalmağa üstünlük verib: "Çoxları Emin Mahmudovu Moskva "Spartak"ı və digər rus klublarındakı çıxışlarından xatırlayır. İndi "Neftçi" nin kapitanıdır. Eminin müqaviləsi bitirdi, "Apollon"un nümayəndələri mənimlə əlaqə yaratdılar. Komanda Avropa Liqasında oynadı, həqiqətən Mahmudovu heyətdə görmək istəyirdilər. Yaxşı şərtlər irəli sürdülər. Danışıqlar apardıq, oyunçu hər şeyi bəyəndi. Ambisiyaları olan Avropa klubu həmişə maraqlıdır.
 
Ancaq Mahmudov sonda mənəvi və etik səbəblərdən keçidi rədd etdi. Kapitan olduğu və bir neçə il keçirdiyi komandaya xəyanət edə bilməyəcəyini anladı. Eləcə də, Bakını tərk edərək Kiprə getməyin yanlış olacağını düşündü".

Qeyd edək ki, 2017-ci ildən "Neftçi"də çıxış edən Mahmudovun "ağ-qaralar"la 2023-cü ilin yayına qədər müqaviləsi var.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır