31 oktyabr 2024. Cümə axşamı

Honda Braziliya klubundan ayrıldı


  • Transfer
  • 14:52 31.12.2020
  • Oxunma sayı: 206
Honda Braziliya klubundan ayrıldı
 Yaponiya yığmasının sabiq yarımmüdafiəçisi Keysuke Honda Braziliyanın “Botafoqo” klubundan ayrılıb.
 
Corner.az xəbər verir ki, tərəflər arasındakı müqavilənin müddəti başa çatıb.
 
Klub 34 yaşlı futbolçunu saxlamaqda maraqlı olmayıb. Honda “Botafoqo”dan ayrılması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Yaponiyalı futbolçu komandaya faydalı ola bilmədiyi üçün azarkeşlərdən üzr istəyib:
 
“Kluba daha yaxşı nəticələr qazandıra bilmədiyim üçün tənqidləri qəbul edirəm. Sizi məyus etdiyim üçün üzr istəyirəm”.
 
Qeyd edək ki, Honda “Botafoqo”da bu ilin yanvarından forma geyinirdi. 






Transfer

Amorim "Sportinq"dən ayrıldı
  • Transfer
  • 20:35 29.10.2024
Amorim "Sportinq"dən ayrıldı