“Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Arsenal”ın sol cinah müdafiəçisi Sead Kolaşinaçı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Şalke 27 yaşlı futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb.
Qeyd edək ki, Bosniya və Herseqovina yığmasının üzvü 2012-2017-ci illər aralığında da “Şalke”nin uğurları üçün çalışıb. Təcrübəli futbolçu 2017-ci ilin yayında transfer olunduğu “Arsenal”da 113 oyuna çıxıb, 5 qol vurub.