Niderlandlı mütəxəssis Cimmi Floyd Hasselbaynkın yeni iş yeri məlum olub.
Corner.az xəbər verir ki, 48 yaşlı mütəxəssis bundan sonra “Berton Albion” klubunu çalışdıracaq.
Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hasselbaynkla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Hasselbaynk son olaraq “Northempton”u çalışdırıb.