8 dekabr 2025. Bazar ertəsi

Poçettino'nun ilk hədəfi


  • Transfer
  • 15:55 04.01.2021
  • Oxunma sayı: 199
Poçettino'nun ilk hədəfi

PSJ-nin yeni baş məşqçisi Maurisio Poçettinonun ilk transfer hədəfi müəyyənləşib.

Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəsssis sabiq klubu “Tottenhem”in futbolçusu Dele Allini Paris təmsilisinə gətirməyi düşünür. Klub rəhbərliyi bu ay 24 yaşlı yarımmüdafiəçini almaq niyyətindədir.

Dele Allinin özünün də az oyun şansı qazandığı üçün London klubunda xoşbəxt olmadığı bildirilir. İngiltrəli futbolçu bu mövsüm Premyer Liqada cəmi 4 oyuna çıxıb və ümumilikdə 78 dəqiqə meydanda olub.

Qeyd edək ki, 2014-19-cu illərdə “Tottenhem”də işləyən Poçettino 2 gün əvvəl PSJ-yə baş məşqçi təyin olunub. (qol)







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır