8 dekabr 2025. Bazar ertəsi

Mançester Siti Ramosu transfer etmək istəyir


  • Transfer
  • 21:09 04.01.2021
  • Oxunma sayı: 220
Mançester Siti Ramosu transfer etmək istəyir

"Real"ın kapitanı Serxio Ramos karyerasını İngiltərədə davam etdirə bilər.

Corner.az ESPN-ə istinadən xəbər verir ki, "Mançester Siti" ispaniyalı müdafiəçi ilə yaxından maraqlanır. Bildirilib ki, "şəhərli"lər 34 yaşlı oyunçunun "Real"la müqaviləsinin uzadılması ilə bağlı vəziyyəti yaxından izləyir və yayda azad agent kimi onun transferini həyata keçirə bilər. Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiolanın Ramosu çox bəyəndiyi və onu klubun heyətində görmək istədiyi vurğulanıb.

Klubun futbolçunun 1 iyul 2021-ci ildən etibarən azad agent olacağını nəzərə alaraq, onun maddi tələblərini ödəməyə hazır olduğu bildirilib. "Mançester Siti" Ramosla ən azı 2 illik müqavilə imzalamağı planlaşdırır.

Qeyd edək ki, "Real" Ramosla müqavilənin müddətini uzatmaqla bağlı razılığa gələ bilmir







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır