8 dekabr 2025. Bazar ertəsi

Real onları satmaq istəyir


  • Transfer
  • 14:01 05.01.2021
  • Oxunma sayı: 276
Real onları satmaq istəyir

"Real" klubu qış fasiləsində bir neçə futbolçusu ilə vidalaşa bilər.

Corner.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, "kral klubu" 3 oyunçusunu satmaq istəyir.

İddiaya görə, İsko, Alvaro Odriosola və Luka Yoviç Madrid klubundan ayrıla bilər.

İsko artıq bu istəyini rəhbərliyə çatdırıb. İspaniyalı yarımmüdafiəçi daha çox oynaya biləcəyi komandaya keçmək niyyətindədir. 28 yaşlı oyunçu ilə "Yuventus", "Napoli", "Mançester Siti" və "Arsenal" klubları yaxından maraqlanır. Madrid təmsilçisi İsko üçün 50 milyon avro təzminat tələb edir.

Odriosola yenidən "Bavariya"ya icarəyə verilə bilər. Yoviç isə "Ayntraxt"a qayıtmaqda maraqlıdır.

Qeyd edək ki, "Real Madrid" İspaniya La Liqasında 17 turdan sonra 36 xalla 2-ci pillədə qərarlaşıb.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır