- Transfer
- 23:52 07.12.2025
Xorvatiya millisinin və Yuventus'un sabiq futbolçusu Mariyo Mandzukiç karyerasını Türkiyədə davam etdirə bilər.
Corner.az xəbər verir ki, "Beşiktaş" klubu 34 yaşlı hücumçu ilə danışıqlara başlayıb. İstanbul təmsilçisi hazırda azad agent olan xorvatiyalı futbolçunu mövsümün sonuna qədər heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, M.Mandzukiç'in son klubu Əl-Duhail olub.