8 dekabr 2025. Bazar ertəsi

Poçettino'dan Messi açıqlaması


  • Transfer
  • 17:02 06.01.2021
  • Oxunma sayı: 273
Poçettino'dan Messi açıqlaması

PSJ-nin yeni baş məşqçisi Maurisio Poçettino "Barselona"nın hücumçusu Lionel Messinin Paris klubuna transfer ehtimalını qiymətləndirib.

Corner.az xəbər verir ki, argentinalı mütəxəssis, "Marca"ya açıqlamasında deyib:

“Santa-Klaus artıq əla bir iş gördü və mənə PSJ-yə qayıtmaq imkanı verdi. Bu fürsətdən istifadə edərək Nasser və Leonardoya təşəkkür edirəm. Bu klubun hansı tələblər irəli sürdüyünü və hansı hədəflər qoyduğunu bilirik. Ancaq bu söz-söhbətləri sonraya təxirə salacağıq.

Neymara gəlincə, komandaya cəmi bir-iki gün əvvəl rəhbərlik etdiyimi və indi uyğunlaşma və komandanı tanımağı düşündüyümü başa düşür. Neymarın yenidən Messi ilə oynamaq istəyi? İndi bu sualı niyə verdiyinizi başa düşürəm. Ancaq bu mövzuda danışmağa vaxtımız olacaq".







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır