- Transfer
- 22:06 30.10.2024
"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özilin argenti Erkut Söğüt futbolçunun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Corner.az xəbər verir ki, o, "ESPN GP"yə açıqlamasında türkəsilli alman oyunçunun London təmsilçisində qalmaq istədiyini deyib: “1 yanvar tarixinə qədər danışıqlara icazə verilmədi, bu səbəbdən indi bəzi təkliflərin təfərrüatlarını nəzərdən keçirməyə başlayırıq. Konkret olaraq klublar haqqında danışa bilmərəm, bu qeyri-peşəkar olardı, amma müqavilənin bitməsinə altı ay qalıb və insanlarla söhbət edib Məsut üçün ən yaxşı variantı tapmağa çalışmaq qeyri-adi deyil.
Özil yayadək "Arsenalda" qala və ya gedə bilər. Məsutun prioriteti qalmaqdır, amma futbolda işlər çox sürətlə dəyişir. İndi təklifləri nəzərdən keçiririk. Yanvar ayında ayrılmaq qərarına gəlsək, "Arsenal" rəhbərliyi ilə danışmalıyıq. Vəziyyət yaxın günlərdə həll ediləcək".
Qeyd edək ki, Özilin London təmsilçisi ilə müqaviləsi bu ilin yayı başa çatır.