3 iyul 2026. Cümə

Real'ın sabiq futbolçusu 4-cü divizion klubunda


  • Transfer
  • 12:35 07.01.2021
  • Oxunma sayı: 278
Real'ın sabiq futbolçusu 4-cü divizion klubunda
"Real”ın sabiq futbolçusu Royston Drente karyerasını İspaniyada davam etdirəcək.
 
Corner.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Rasinq Mursiya” klubuna keçib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Drente ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
“Rasinq Mursiya” İspaniyanın 4-cü divizionunda çıxış edir.
 
Qeyd edək ki, Drente son olaraq Niderlandın 3-cü liqa təmsilçisi “Kozakken Boys”da forma geyinib. “Feyenoord”un yetirməsi olan futbolçu karyerası ərzində “Real” (Madrid), “Everton”, “Kayseri Erciyesspor”, “Alaniya”, “Ridinq”, “Şeffild Uensdey”, “Baniyas” və “Sparta” (Rotterdam) kimi klublarından da şərəfini qoruyub.
 
Əlavə edək ki, Drente 2017-ci ildə musiqi sektoruna atılmış və karyerasını başa vurduğu açıqlamışdı. Lakin daha sonra yenidən futbola geri qayıtmışdı. 






Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır