3 iyul 2026. Cümə

Afrikalı futbolçu Mançester Yunayted'də


  • Transfer
  • 21:09 07.01.2021
  • Oxunma sayı: 233
Afrikalı futbolçu Mançester Yunayted'də

"Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Atalanta"dan kotdivuarlı yarımmüdafiəçi Amad Diallo Traoreni transfer edib.

Mançester təmsilçisi 19 yaşlı futbolçu ilə 4,5 illik müqavilə imzalayıb. Müqavilə sona çatdıqdan sonra müddəti daha 1 il müddətinə uzadıla bilər.

Qeyd edək ki, Diallo cari mövsümdə "Atalanta"nın heyətində 2 oyun keçirib. Onun transfer qiyməti 15 milyon avrodur.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır