- Transfer
- 22:06 30.10.2024
"Real”ın futbolçusu Luka Yoviç La Liqanın 18-ci turunda “Osasuna” ilə matçı buraxacaq.
Corner.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu əvvəlcə Pamplona səfəri üçün heyətdə yer alsa da, son anda sol ayaq əzələsindən zədələnib. Bu səbəbdən də serbiyalı futbolçu “Osasuna” ilə görüşdə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Yoviç bu mövsüm La Liqada 4 matç keçirib.
Əlavə edək ki, bu gün oynanılacaq “Osasuna” – “Real” qarşılaşması Bakı vaxtı ilə 00:00-da başlayacaq.