10 dekabr 2025. Çərşənbə

Albaniya klubu Neftçi'dən sərfəli təklif gözləyir


  • Transfer
  • 16:52 09.01.2021
  • Oxunma sayı: 312
Albaniya klubu Neftçi'dən sərfəli təklif gözləyir

"Neftçi"nin maraq dairəsində olduğu iddia edilən "Partizani"nin futbolçusu Teofilus Solomonla bağlı yeni iddia ortaya çıxıb.

Corner.az xəbər verir ki, bu barədə "Panorama" nəşri məlumat yayıb. Tirana təmsilçisinin nigeriyalı hücumçunun keçidi üçün "ağ-qaralar"dan sərfəli təklif gözlədiyi bildirilib.

İddiaya görə, şərtlər klubu qane edəcəyi təqdirdə, 24 yaşlı oyunçunun “Neftçi”yə getməsinə icazə veriləcək.

Qeyd edək ki, Teofilus Solomonun "Partizani" ilə 1,5 illik müqaviləsi var. O, bu mövsüm 11 oyuna çıxaraq, 2 qol vurub və 1 qolun ötürməsini verib.







Transfer