10 dekabr 2025. Çərşənbə

Fatih Terimdən transfer açıqlaması


  • Transfer
  • 16:15 10.01.2021
  • Oxunma sayı: 180
Fatih Terimdən transfer açıqlaması

"Qalatasaray”ın baş məşqçisi Fatih Terim qış transfer pəncərəsində almaq istədikləri oyunçuların adlarını açıqlayıb.

Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis Superliqanın 18-ci turunda “Gənclərbirliyi” ilə matçdan (6:0) sonra keçirilən mətbuat konfransında bu haqda danışıb. O, “Başakşəhər”dən İrfan Can Kahveci və Edin Viskanı, “Zamalek”dən Mostafa Mohamedini transfer etmək istədiklərini deyib.

Həmçinin Terim “cim-bom”da icarə əsasında çıxış edən Henri Onyekurunu “Monako”dan birdəfəlik transfer etməyi planlaşdırdıqlarını da deyib.

Qeyd edək ki, “Qalatasaray” Superliqanın turnir cədvəlində 33 xalla 2-ci yerdə qərarlaşıb







Transfer