- Transfer
- 23:50 09.12.2025
"Mançesyer Yunayted”in futbolçusu Pol Poqba karyerasını PSJ-də davam etdirə bilər.
Corner.az “Daily Star”a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi baş məşqçi Maurisio Poçettinonun əsas transfer hədəflərindən biridir. Argentinalı mütəxəssis Poqbanın ətrafında yeni bir komanda qurmağı düşünür.
Fransalı futbolçunun satış dəyəri 66 milyon avro kimi qiymətləndirilir.
Qeyd edək ki, hazırda zədəli olan Poqba bu mövsüm "qırmızı şeytanlar"la 21 matça çıxaraq, 2 qol vurub və 3 qolun ötürməsini verib.