10 dekabr 2025. Çərşənbə

Atletiko Dembele ilə razılaşdı


  • Transfer
  • 16:24 10.01.2021
  • Oxunma sayı: 204
Atletiko Dembele ilə razılaşdı

"Atletiko” heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisi “Lion”un oyunçusu Mussa Dembele ilə razılığa gəlib. La Liqa təmsilçisi fransalı futbolçunu satın alma hüququ ilə icarəyə götürəcək.

Baş məşqçi Dieqo Simone 24 yaşlı hücumçunu ötən ay komandadan ayrılan Dieqo Kostanın əvəzləyicisi kimi görür.

Qeyd edək ki, Dembele 2018-ci ildən “Lion”da çıxış edir.







Transfer