- Transfer
- 23:50 09.12.2025
“Real” futbolçusu Eder Militao karyerasını İngiltərədə davam etdirə bilər.
Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “Tottenhem” 22 yaşlı müdafiəçini transfer etmək niyyətindədir. London klubunun baş məşqçisi Joze Mourinyo Militaonu komandasında görməyə israrlıdır.“Real” isə braziliyalı oyunçuya görə qarşı tərəfdən təxminən 30 milyon tələb edir.
Qeyd edək ki, Militao 2019-cu ildən “Real”da oynayır.