3 iyul 2026. Cümə

Millimizin üzvü Türkiyə klubuna keçir


  • Transfer
  • 16:51 11.01.2021
  • Oxunma sayı: 200
Millimizin üzvü Türkiyə klubuna keçir

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin keçmiş üzvü, hazırda "Bohum"da çıxış edən Barış Ekincier karyerasını Türkiyədə davam etdirə bilər.

Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqada mübarizə aparan "Konyaspor" 22 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Gənc oyunçunun yaxın günlərdə Konyaya gələrək, uzunmüddətli müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə və Azərbaycan vətəndaşlığı olan Barış Ekincier peşəkar karyerasında indiyədək 79 oyun keçirib. Ekincier bu matçlarda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Azərbaycan millisinin formasını 12 dəfə geyinən futbolçu 4 qol vurub







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır