3 iyul 2026. Cümə

Özil bu iki ölkədə oynaya biləcəyini açıqladı


  • Transfer
  • 15:30 12.01.2021
  • Oxunma sayı: 239
Özil bu iki ölkədə oynaya biləcəyini açıqladı

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil azarkeşlərin çoxsaylı suallarını cavablandırıb.

Corner.az xəbər verir ki, o, futbol karyerasını harada davam etdirmək istədiyi ilə bağlı verilən suala cavab olaraq deyib:

“Arsenal ilə müqaviləm bitdikdən sonra oynayacağam? Əlbəttə. Karyeramı başa vurmazdan  əvvəl futbol oynamaq istədiyim iki ölkə var: Türkiyə və ABŞ. Türkiyəyə getsəm, yalnız "Fənərbaxça"da çıxış edə bilərəm".

Qeyd edək ki, Özilin London təmsilçisi ilə müqaviləsi iyun ayında başa çatır. Türkəsilli alman oyunçunun adı "Fənərbaxça" ilə hallanır.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır