3 iyul 2026. Cümə

Atletiko Dembele'nin keçidini həll etdi


  • Transfer
  • 23:39 13.01.2021
  • Oxunma sayı: 217
Atletiko Dembele'nin keçidini həll etdi

"Atletiko" klubu "Lion"nun futbolçusu Mussa Dembeleni icarəyə götürüb.

Corner.az Liqa 1 təmilçisinin rəsmi saytına istinadən xəbər verir ki,  fransalı hücumçu Madrid klubu ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

La Liqa təmsilçisinin bu keçid üçün qarşı tərəfə 1,5 milyon avro təzminat ödədiyi bildirilib. Klub yayda 25 yaşlı forvardı 33,5 milyon avro qarşılığında birdəfəlik transfer edə bilər.

Dembele "Atletiko"ya bir müddət öncə komandadan göndərilən Dieqo Kostanın əvəzləyicisi kimi cəlb olunub.

Qeyd edək ki, Mussa Dembele bu mövsüm Fransa çempionatında 16 oyunda meydana çıxıb və 1 qol vurub.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır