8 aprel 2026. Çərşənbə

Mandzukiç yenidən İtaliyaya qayıdır


  • Transfer
  • 13:01 14.01.2021
  • Oxunma sayı: 207
Mandzukiç yenidən İtaliyaya qayıdır

Xorvatiya millisinin və Yuventus'un sabiq futbolçusu Mariyo Mandzukiç karyerasını yenidən İtaliyada davam etdirə bilər.


Corner.az SkySport İtaliya'ya istinadən xəbər verir ki, "Milan" klubu 34 yaşlı hücumçu ilə danışıqlara başlayıb. A Seriya təmsilçisinin hazırda azad agent olan xorvatiyalı futbolçu ilə görüşlərin müsbət davam etdiyi bildirilir.


 Türkiyənin "Beşiktaş" klubu da Mariyo Mandzukiçlə maraqlanır.


Qeyd edək ki, M.Mandzukiç'in son klubu Əl-Duhail olub.







Transfer