10 dekabr 2025. Çərşənbə

Yoviç rəsmən Bundesliqa klubunda


  • Transfer
  • 22:23 14.01.2021
  • Oxunma sayı: 199
Yoviç rəsmən Bundesliqa klubunda
 “Real” klubu hücumçusu Luka Yoviçi icarəyə göndərib.
 
Corner.az xəbər verir ki, Madrid təmsilçisi serbiyalı futbolçunu sabiq klubu “Ayntraxt”a icarəyə verib.
 
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı hücumçu mövsümün sonuna qədər Frankfurt təmsilçisinin uğurları üçün çalışacaq.
 
Qeyd edək ki, 2019-cu ildə məhz "Ayntraxt"dan 63 milyon avroya “Real”a keçən Yoviç bu mövsüm müxtəlif zədələr səbəbindən La Liqada cəmi 4 oyuna çıxıb.






Transfer