“Cenoa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi Marsel'in niderlandlı yarımmüdafiəçisi Kevin Strotmanı heyətinə qatıb.
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda, 30 yaşlı futbolçunu mövsümün sonuna qədər icarəyə götürüldüyü vurğulanıb.
Rotterdam “Sparta”sının yetirməsi olan Kevin Strotman Niderlandda “Utrext” və PSV-nin də formasını geyindikdən sonra 2013-2018-ci illər aralığında “Roma”nın uğurları üçün çalışıb. O, “Olimpik”ə də 2018-ci ildə məhz İtaliya klubundan transfer edilmişdi.